Proqram təminatı

                                                    Proqram təminatı
Kompüterlər xüsusi  proqramlar qrupu tərəfindən idarə olunur ki,bu proqramlara proqram təminatı deyilir.İngilis dilində kompüterlərin proqram təminatı software adlanır.Proqram təminatına daxil olan proqramlar funksiyalarına görə 2 qrupa bölünür:sistem proqramları  və tətbiqi proqramlar
Sistem proqlamları bütün kompüter sisteminin idarəsini, informasiya emalı proseslərini  həyata keçirir.
Sistem proqlamlarına aşağıdakı proqramlar aid edilir:əməliyyat sistemləri,drayverlər,örtük proqramları,utilitlər,texniki xidmət proqramları,şəbəkə proqramları,proqramlaşdırma sistemləri
   Əməliyyat sistemləri istifadəçi ilə kompüter arasında dialoq yaradır,tətbiqi proqramları  və sistem proqram təminatına aid edilən bütün proqramları icra və idarə edir,demək olar ki, kompüteri bütün işini görür.Əməliyyat sistemlərinə misal olaraq MS-DOS(1981)  ,OS/2 (1989),Unix(1969), Linux(1994), Macintosh  OS (2001),Windows (1995) əməliyyat sistemlərini göstərmək olar.Bu əməliyyat sistemlərinin müxtəlif versiyaları var.
   Drayverlər kompüterə qoşulan periferiya qurğularının işini təmin edən proqramlardır.
   Örtük proqramları köməkçi proqramdır.Örtük proqramı DOS üzərində qurulmuş proqramdır, onunla işləmək daha rahat,daha əliverişlidir.DOS-un örtük proqramı NC  (Norton Commander)dir.
   Utilitlərə xidməti proqramlar deyilir .Utilitlər disklərin formatlaşdırılmasını,arxivlərin yaradılmasını,mətn və faylların  çapı,kompüterləri virus təhlükəsindən qoruma və.s funksiyaları həyata  keçirir. Utilitlərə misal olaraq arxivatorları,antivirus proqramlarını  göstərmək olar.  
  Arxivatorlar  sıxlaşdırma proqramlarıdır.Bu proqramlar faylların həcmini xüsusi sıxlaşdırma alqoritmlərinə əsaslanaraq  kiçildərək,azaldaraq nüsxələrini yaradır.Arxivatorlara misal kim ARJ, RAR, ACE, WinZip, WinRar, WinArj,  JAR, TAR,  7-Zip  göstərmək olar.
  Antivirus proqramları adından məlum olduğu kimi virus əleyhinə, onların yayılmasının qarşısını almaq üçün yaradılmışdır.Bu proqramalara misal olaraq  Avira, NOD 32,Dr.Web,Panda, Kasperski, Norton antivirus,İBM antivirus və.s göstərmək olar.
  Texniki xidmət proqramları kompüterin işini yoxlayır, kompüterin düzgün işləməsinə nəzarət edir,nasazlıqları aşkara çıxarır.Kompüterin qurğularının işini yoxlayan proqramlar  test proqramları,nasazlıqları aşkar edən, bu barədə ekrana məlumat çıxaran proqram isə xüsusi nəzarət proqramlarıdır.Defraqmantisiya proqramı,Scan Disk proqramı,Drive Space proqramı, Backup proqramı texniki xidmət proqramlarıdır.
Şəbəkə proqramları lokal şəbəkələrdə kompüterlər arasında informasiya mübadiləsini təmin edən və lokal şəbəkəni idarə edən proqramlardır.Belə ıproqramlara şəbəkə proqram təminatı da deyilir.Bunlara misal olaraq Novell Net Ware,Windows NT, Banyan Vines,IBM LAN,UNIX, Solaris və.s göstərmək olar.
 Proqramlaşdırma sitemləri yeni proqramlar yazmağa imkan verir,onlara proqramlaşdırma dilləri,translyasiya edən proqramlar  yəni, translyatorlar,sazlayıcı proqramlar  aid edilir.
Proqramlar proqramlaşdırma dillərinin birində istifadəçi tərəfindən yazılır .Proqram yazılandan sonra translyatorlar  vasitəsilə "maşın dili"nə çevrilir,translyasiya olunur.Maşin dilindəki proqram işçi proqram və ya mütləq proqram adlanır.Translyasiya  proqramlarının  3  növü var:interpretator,kompliyator,assembler
  İnterpretator hər bir əmri maşın dilinə çevirən kimi həmin əmri icra edir,sonra növbəti əmri çevirir və icra edir və beləliklə bütün proqram tərcümə  və icra olunur.
  Kompliyator isə proqramı tamamilə maşın dilinə çevirəndən sonra icra edir.
  Assembler maşın dilinə yaxın olan assembler dilində yazılmış proqramı maşın dilinə çevirir.
Sazlayıcı proqramlar translysiya olunmuş,yəni maşın dilindəki proqramı--işçi proqramı  yoxlayır,səhvləri tapır.


1 комментарий: